Vasif Məhərrəmli restoranda hücuma məruz qaldı

4-05-2022, 08:05           
Vasif Məhərrəmli restoranda hücuma məruz qaldı
Əməkdar artist Vasif Məhərrəmli Bakıda restoranların birində hücuma məruz qalıb.

Kult.az xəbər ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb.

Əməkdar artist paylaşdığı videoda bildirib:

"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır.

Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru