İki “Oskar”lı bəstəkar elektomobil üçün səslər “bəstələyib”

4-05-2022, 09:53           
İki “Oskar”lı bəstəkar elektomobil üçün səslər “bəstələyib”
“Kral Şir” və “Dyuna” filmlərinin soundtreklərinə görə iki dəfə “Oskar” mükafatı alan məşhur kino bəstəkarı Hans Zimmer “BMW i7” üçün səslər hazırlayıb.

Səs fonu bütün səyahət boyu elektomobil sahibini müşayiət edəcək. Səslər palitrası salamlama və istifadəyə hazır olma siqnalından tutmuş, sürücünün hərəkətlərinə və nəhəng 8K ekranla birləşən akustik mənzərəyə qədər hər şeyi əhatə edir. Elektromobil “Personal”, “Sport”, “Efficient”, “Expressive” və “Relax” səs rejimlərinə malikdir. Bu rejimlər əlavə olaraq alətlər panelinin qrafikası və daxili işıqlandırma ilə əlaqələndirilib.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru