Vasif Məhərrəmlidən "Qurd qapısı"nda 750 AZN hesab istənilib? - FOTO

4-05-2022, 21:05           
Vasif Məhərrəmlidən "Qurd qapısı"nda 750 AZN hesab istənilib? - FOTO
Əməkdar artist Vasif Məhərrəmli "Qurd qapısı" restoranında xoşagəlməz halla üzləşib. O, instaqram hesabında bildirib ki, restorana müsahibə vermək üçün gəldiyi vaxt dələduzluqla üzləşib.

"Qurd qapısı"ndakı kabinetlərdən birində əyləşən müğənniyə məkanın təamları təqdim olunub. Məhərrəmli buna etiraz etdikdə isə artıq süfrədəkilərin kassa aparatına vurulduğu deyilib.

Restoranın instaqram hesabına nəzərə yetirərkən maraqlı kommentə rast gəlinib. Belə ki, istifadəçilərdən biri 750 AZN-lik çay dəstgahı yazıb və Vasif Məhərrəmlini təq edib.

Bu şərh Əməkdar artistdən restoranda 750 AZN-lik hesabın istənilməsi iddiasını ortaya qoyub. Teref.az xəbər verir ki, məsələ ilə bağlı Vasif Məhərrəmli BAKU.WS-ə açıqlamasında hesabın nə qədər olduğunu bildirməyib: "Məsələ hesabdan getmir. Məbləğ 1 manat da, 1000 manat da ola bilər. Lakin məsələ onların mənə ədəbsizliyindən gedir".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru