Onlayn satışdan aldığı tutuquşu “rok ifaçısı” çıxdı - VİDEO

5-05-2022, 07:51           
Onlayn satışdan aldığı tutuquşu “rok ifaçısı” çıxdı - VİDEO
ABŞ sakini det-metal ifa edən tutuquşu alıb. İlk əvvək quşun sahibi onun nə səsi çıxardığını anlamayıb, lakin sosial şəbəkə istifadəçilər bu işdə ona yardım edərək, bunun mahnı sözləri olduğunu bildirib.

Bodan Reykyavik kakadunu onlayn satışdan aldığını deyib. Bir müddət sonra quş amerikalı üçün tanış olmayan səslər çıxarıb. Nə baş verdiyini anlamaq üçün gənc onunla bağlı roliki sosial şəbəkədə paylaşıb.

“Mən bu kakadunu almışam, o isə qəribə səslər çıxardır”, - deyə amerikalı videoya şərh yazıb.

Quşa qulaq asan tamaşaçılar bunun “Drowning Pool” qrupundan det-metall mahnı sözləri olduğunu deyiblər. Bu fakt istifadəçiləri çox əyləndirib, bəziləri quşa hətta ləqəb də fikirləşiblər.

“Bu kakadu deyil, rokadudur”, - deyə istifadəçilər yazıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.