Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı: “Təki reklamınız getsin” – FOTO/VİDEO

6-05-2022, 10:11           
Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı: “Təki reklamınız getsin” – FOTO/VİDEO
Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Oxu.Az xəbər verir ki, aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq… Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, – deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüzmü?” deyə sual verib. Anar isə təəccübünü gizlədə bilməyib və “yox, babam 1937-ci ildə güllələnib”, – deyə bildirib. Aparıcının məlumatsızlığı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.

Sözügedən paylaşımları təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru