Rüstəm İbrahimbəyova görə ikiyə bölünən Kinematoqrafiya İttifaqı birləşir

7-05-2022, 00:15           
Rüstəm İbrahimbəyova görə ikiyə bölünən Kinematoqrafiya İttifaqı birləşir
“Bu gün Azərbaycanda legitim kino ittifaqı, sözsüz ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Bu, dövlət tərəfindən verilən sərəncamlarda da öz əksini tapır. Sözügedən fakt da bizim qurumun legitimliyinin bariz nümunəsidir”.

Bu sözləri APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə namizəd göstərilmiş Xalq artisti Rasim Balayevin ittifaqların birləşməsi təklifinə açıqdırlar: “ARKİ tərkibində ölkənin ən nüfuzlu kino adamları, sənət adamları var. Amma, istənilən halda, biz ittifaqların birləşib bir qurum kimi fəaliyyət göstərməsinə qarşı deyilik”.

Eyni zamanda, Əli Vəliyev Kino Agentliyinin yaradılması və irəliləyən zamanda fəaliyyəti məsələsinə də münasibət bildirib: “Kino Agentliyinin yaradılması olduqca böyük bir mədəni hadisədir. Azərbaycanın zəngin kino tarixi var, bugünkü müəyyən axsamaların məhz bu agentliyin görəcəyi işlərlə aradan qaldıracağına inanırıq. Və ARKİ olaraq, ittifaqımızın katibləri və üzvləri səviyyəsində Kino Agentliyinə istənilən dəstəyi verməyə hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru