Rusiya hökuməti repçi Morqenşterni xarici agentlərin siyahısına saldı

7-05-2022, 09:14           
Rusiya hökuməti repçi Morqenşterni xarici agentlərin siyahısına saldı
Rusiya Ədliyyə Nazirliyi xarici agent funksiyaları daşıyan şəxslərin və KİV-lərin siyahısını genişləndirib.

Müvafiq siyahı agentliyin saytında yerləşdirilib.

Beləliklə, Yevgeni Kiselev, Matvey Qanapolski, Leonid Volkov və Vladimir Kara-Murza Ukraynadan maliyyələşdirilən siyasi fəaliyyətləri həyata keçirmək üçün fiziki şəxslər – xarici agentlər kimi qəbul olunublar.

Reper Alişer Morqenştern də siyasi fəaliyyətlə məşğul olmaqda ittiham olunub və maliyyə mənbəyi kimi təkcə Ukrayna deyil, İsrailin “Yoola Labs Ltd” şirkəti də göstərilib.

Ədliyyə Nazirliyi tərəfindən reyestrə həmçinin Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK, Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan) keçmiş hüquqşünası Lyubov Sobol, siyasətçilər Leonid Qozman, Vladimir Milov, daha dörd fiziki şəxs, habelə “Apologiya” insan haqları təşkilatı daxil edilib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru