Madonna Papadan kilsədən xaric edilməsinə yenidən baxılmasını xahiş edib

7-05-2022, 11:05           
Madonna Papadan kilsədən xaric edilməsinə yenidən baxılmasını xahiş edib
Amerikalı pop müğənni Madonna Roma Papası Fransiski kilsədən xaric edilməsinə yenidən baxılması üçün görüşə dəvət edib.

Sənətçi “Twitter”də papaya müraciət edib.

Tam adı Madonna Luiza Çikkone olan sənətçi Vatikanın onu səhnədəki qeyri-etik davranışına görə kilsədən xaric etməsindən təxminən iyirmi il sonra geri qayıdış üçün ikinci şans istəyib. 63 yaşlı məşhur özünü nümunəvi katolik adlandırıb və hər şeyi düzəltməyə hazır olduğunu da bildirib.

"Məni üç dəfə katolik kilsəsindən xaric ediblər. Bu, ədalətsizlikdir" – deyə Madonna qeyd edib. Papa Fransisk hələlik müğənniyə cavab verməyib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru