Nişanlısı onunla keçirdiyi hər il üçün 5 milyon dollar tələb etdi

9-05-2022, 10:55           
Nişanlısı onunla keçirdiyi hər il üçün 5 milyon dollar tələb etdi
Müğənni Britni Spirsin nişanlısı, aktyor və bodibilder Sem Asqari gözlənilmədən evlilik müqaviləsi tələb edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, pop ulduzun nişanlısı boşanacaqları halda onunla yaşadığı hər il üçün 5 milyon dollar almaq istəyir.

Cütlüyün sevgi romantikası 5 ildir ki, davam edir və aktyor ən çətin anlarında belə Spirsdən ayrılmayıb.

Müğənni atasının himayəsindən azad olmaq üçün mübarizə apararkən onun yanında yalnız bodibilder olub. Məşhur etiraf edib ki, azadlığa aparan bu çətin yoldan keçməsinə məhz sevgilisi kömək edib.

Spirs və Asqarinin nişanlanmasından sonra pop ulduzun vəkilləri cütlüyün nikahdan əvvəl müqavilə bağlamasında israr ediblər.

Bu, ağlabatan addım kimi görünür, çünki sənətçi artıq çoxlu kədərlə üzləşib. Qərb mediasının insayderləri bildiriblər ki, bununla belə, aktyor müqaviləyə düzəlişlər edilməsində israrlıdır.

Mənbələrin bildirdiyinə görə, bodibilder pop ulduzundan boşanacağı təqdirdə ona hər bir illik evlilik üçün 5 milyon dollar ödənilməsini tələb edir.

Asqari deyib ki, bu pullar uşaqlar üçün aliment kimi gedəcək. Amma hələ ki cütlüyün övladı yoxdur. Görünür, aktyor körpələrin doğulacağına və nə zamansa boşanarlarsa, uşaqların onun yanında qalacağına inanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru