“Metallica” qrupunun pərəstişkarı konsert zamanı uşaq dünyaya gətirib - FOTO

11-05-2022, 09:38           
“Metallica” qrupunun pərəstişkarı konsert zamanı uşaq dünyaya gətirib - FOTO
“Metallica” qrupunun Braziliyada konserti zamanı onun pərəstişkarlarından biri uşaq dünyaya gətirib.

Hamiləliyin 39-cu həftəsində olan qadının sancıları mayın 7-də, qrup Kuritiba şəhərində çıxış edərkən başlayıb.

Uşaq “Enter Sandman” hitinin sədaları altında dünyaya gəlib. Körpəyə Luan adı verilib.

Qadın yenidoğulmuş oğlunun şəklini “Instagram”da paylaşıb və etiraf edib ki, konsertin bitəcəyinə üç mahnı qalmış ana olacağını gözləmirmiş.

Hadisədən xəbər tutan “Metallica” “Instagram” hesabının “hekayə” bölməsinə pərəstişkarının paylaşımını yerləşdirib.oxu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru