Kiyevdə yaşayan Jah Xalid indi haradadır?

11-05-2022, 10:27           
Kiyevdə yaşayan Jah Xalid indi haradadır?
Kiyevdə yaşayan Azərbaycan əsilli məşhur qazax reper Jah Xalib (Bəxtiyar Məmmədov) uzun müddətdən sonra instaqram hesabında paylaşım edib.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, Ukraynada müharibə başlayandan sonra - fevralda bununlu bağlı paylaşım edən ifaçıdan uzun müddətdir xəbər almaq mümkün deyildi. O, yalnız iki gün əvvəl yeni paylaşım edərək konserti ilə bağlı məlumat yayıb.

Xalid Antalyadakı otellərdən birində keçirilən may festivalı çərçivəsində konsertinin ləğv edildiyini bildirib. Bununla belə o, yenidən harada və necə olması ilə bağlı izləyicilərin suallarını cavabsız qoyub.

Xatırladaq ki, ifaçı sonuncu paylaşımında Ukraynanı tərk etməyəcəyini yazmışdı:

"Biz yerindəyik, Kiyevdəyik. Heç yerə getmirik. Ukraynalılar, indi mən sizi təkcə sevmirəm, həm də sizə heyranam".

Qeyd edək ki, Jah ukraynalı xanımla evləndikdən sonra Kiyevə köçüb. O, şəxsi həyatı ilə bağlı məlumatları gizli saxlamağa çalışır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru