Tanınmış modellərin atasının 100 milyon dollarlıq evini dağıtdılar - FOTO
11-05-2022, 11:13
Dünyaca məşhur modellər Cici və Bella Hadid bacılarının atası Muhammed Hadidin başına iş gəlib.
BAKU.WS xəbər verir ki, onun tikib satmağı planlaşdırdığı malikanəsini dağıdıblar. Buna səbəb geniş villanın şəhərdə inşa edilən digər evlərlərlə eyni standarta malik olmamasıdır. Belə ki, sözügedən malikanə həmin ərazi üçün hədsiz böyükdür və daha çox ərazini əhatə edir.
72 yaşlı Muhammed lüks villanı inşa etdirib 100 milyon dollara (təxminən 170 milyon AZN) satmağı planlaşdırırdı.
Evin yerləşdiyi torpaq sahəsi 2011-ci ildə satın alınıb. 4000 kvadratmetr sahəsi olan ərazidə Muhammed 2700 kvadratmetrlik malikanə tikdirməyi planlaşdırıb.
Burada 2015, 2017 və 2019-cu illərdə tikinti işləri aparılıb. Ev adi vətəndaşların yaşayış yerindən yuxarıda yerləşdiyinə görə bir çox tikinti şirkətləri layihədən imtina ediblər.
Bununla yanaşı evin yaxınlığında yaşayan sakinlər dəfələrlə Muhammedi məhkəməyə veriblər. İndiyə qədər o, inşası bitmək bilməyən evi üçün məhkəmələrdə 9 milyon dollarını (təxminən 15 milyon 300 min AZN) itirib.