"Nə nikahım, nə də kəbinim var" - Təranə

21-05-2022, 11:54           
"Nə nikahım, nə də kəbinim var" - Təranə
"Tanınmışlardan çoxu övlad dünyaya gətirən kimi, başlayırlar kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə nikahım var. Tənha anayam. Həyatda bir anam, bir övladım, bir də özüm idim. Anamı itirəndən sonra gördüm ki, tək övlad olmaq çətindir".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova Nail Naiboğlunun "Stop" layihəsində deyib. Hamilə olan Təranə övladının atasının kim olması ilə bağlı sualları cavablandırıb:

"Anamın ilini verdikdən sonra uşaq istəyirdim. Amma gələn təklifdən imtina etmək istəmədim. Təklif qüvvədən düşə bilərdi. Əslində iki oğul, bir qız olsun istəyirdim. Mədəkiçiltmə əməliyyatı keçirdiyim üçün dedilər ki, iki uşaq alınmır. Mayalanmada isə oğlan yox, qız tutdu. Əsas odur Suelim tək qalmayacaq, bilmək olmaz ömrüm hara qədərdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru