Pike ilə Şakiranın PROBLEMİ

15-07-2022, 11:18           
Pike ilə Şakiranın PROBLEMİ
“Barselona”nın futbolçusu Jerar Pike ilə kolumbiyalı müğənni Şakira övladlarının kiminlə yaşayacağı ilə bağlı razılığa gələ bilmirlər.

TEREF.az Apasport.az saytına istinadən xəbər verirk ki, tanınmış müğənni ispaniyalı müdafiəçidən ayrıldıqdan sonra iki uşağının da onunla Mayamidə yaşamasını istəyir.

Şakira uşaqların bütün qəyyumluğunu öz üzərinə götürməyi və onların ABŞ-a köçməsini təşkil etməyi təklif edib. Hətta o, bunun üçün Pikeyə 2,5 milyon avro da təklif edib. Şakira hətta uşaqları böyütmək üçün Pikedən heç vaxt vəsait tələb etməyəcəyinə də söz verib.

Futbolçu ildə 5 dəfə Mayamidə uşaqları görmək istəsə, keçmiş sevgilisi onun üçün birinci dərəcəli uçuş biletləri də alacaq. Bu ziyarətlərə həmçinin Pikenin uşaqlarla yay tətili keçirməsi də daxildir.

Qeyd edək ki, Jerar Pike ilə Şakira 2011-ci ildən bir yerdə olsa da, rəsmi olaraq evlənməyib. İyunun 4-də müğənninin nümayəndələri cütlüyün ayrıldığını açıqlayıb. Bu ayrılığa səbəb isə 35 yaşlı müdafiəçinin xəyanəti göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru