Əməkdar artistdən ƏSƏBİ REAKSİYA: - “Əynimdəki şalvarı verməliydim?”

18-08-2022, 16:56           
Əməkdar artistdən ƏSƏBİ REAKSİYA: -
Tanınmış aktyor, Əməkdar artist Cavanşir Hadıyev aldığı qonorardan şikayətlənib.

TEREF yenicag.az-a istinadla xəbər verir ki, bir-neçə saatlıq çəkiliş üçün 100 manat aldığını və həmin məbləğdən ona 6,5 manat qaldığını bildirib:

“Deməli, belə: bir-iki saatlıq çəkiliş üçün 100 AZN qonorar köçürdülər. Buradan 75 manat “sosial”ın pulu, 12 manat “tibbi sığorta”, 5 manat vergi (5% vergi), 1,5 manat (1,5 %) bank xidməti tutulandan sonra mənə nə qaldı? 75+12+5+1,5=93,5 manat. Sual belədir: 100 yox, 50 AZN qonorara razılıq versəydim, onda necə? Əynimdəki şalvarı verməliydim?”

Onun sosial şəbəkədə paylaşımı həmkarları tərəfindən dəstəklənib.

Aktrisa Rada Nəsibova sənət adamlarına olan sayğısız davranışdan əsəbiləşib:

“Bayaq biri məndən çəkiliş üçün xahiş etdi. Deyir, texnikaya pulumuz ancaq çatır. Dedim, bu nə sayğısızlıqdır, texnikaya günü iki min manat icarə pulu verə bilirsən, amma aktyor, aktrisaya gələndə pul yoxdur. Pulun yoxdur, çəkmə. Nə məcburdur, bu nə yanaşmadır, bu nə sayğısızlıqdır? Bu nə yaxın hiss etməkdir özünü?”

Aktyor Ruslan Sabirli indiki dövrdə aktyorun texnika qədər qiymətli olmadığından təəssüf hissi keçirib:

“Çünki bu ölkədə texnikaya, maddi hər şeyə dəyər var, bir insandan və insan həyatından savayı. Düşünürlər ki, aktrisadan nə gedir ki, gəlib oynayıb, gedəcək də. Amma texnika – o çox bahalı şeydir, kimsə pul qoyub, alıb xaricdən gətirib. Amma aktyor? Onun təhsilinə, özünə qoyduğu xərc heç nədir”.

Bir çox izləyicilər isə az qonorara çəkilməyə razılıq verdiyi üçün onun özünü qınayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.