"Bir az da savadınız olsun" - xalq artistindən gənc ifaçılara irad

11-05-2016, 13:07           
"Bir az da savadınız olsun" - xalq artistindən gənc ifaçılara irad
Xalq artisti Mələkxanım Əyyubova gənc ifaçılara məsləhətlər verib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “5/5” verilişində onların səhnə mədəniyyətinin aşağı olduğunu deyib:

“Evdə əyləşəndə tamaşaçı oluruq. Gənc ifaçılarımızın hamısı çalışır. Ola bilər ki, hansısa səviyyədə qalxa bilmirlər, amma hamısı işləyirlər. Geyimlərinə, repertuarlarına fikir verirlər. Bir az da savadlarına fikir versinlər. Savad, dünyagörünüşü olanda mədəniyyət də formalaşır. Onda gözəl musiqi də təqdim edə bilərsiniz. Səhnə davranışı, mədəniyyəti olmayanda, sənin saç düzümün də, yaxana taxdığın yaylıq da heç kimə lazım deyil. Bu sənətdə böyük insanlar olub. Hamıya bələddir ki, onlar nümunə olub və indi biz onlardan örnək götürürük. Niyə indi bu sənət cılızlaşmalıdır ki?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru