Alla Puqaçova bu ölkənin vətəndaşlığını alıb - FOTO

6-10-2022, 12:52           
Alla Puqaçova bu ölkənin vətəndaşlığını alıb - FOTO
Sentyabrın sonunda övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedən SSRİ Xalq artisti Alla Puqaçova ilə bağlı yeni iddia ortaya çıxıb.

Ukraynanın “Telegraf” nəşri xəbər verir ki, sənətkar hələ may ayında İsrail vətəndaşlığı alıb.

Mənbə Puqaçovanın pasportunun fotosunu da paylaşıb. Lakin sənədin həqiqi olub-olmadığını təyin etmək mümkün deyil.

Pasportun etibarlılıq müddəti bir il təşkil edir. News.ru yazır ki, bu, yeni repatriantlar üçün tətbiq olunur. Xarici vətəndaşlığın alınması barədə xəbəri nə Puqaçova, nə də onun nümayəndələri təsdiq edib./"qafqazinfo"













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.