“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət etmişəm” - Manaf Ağayev

23-11-2022, 16:51           
“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət etmişəm” -
Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib.

Publika.az xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişində danışıb.

M. Ağayev bildirib ki, Z. İbadova avtomobili yüksək sürətlə sürür: “Avtomobillə oynamaq olmaz. Rayona gedəndə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm.

Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomobil “mən ölüm-sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru