Cennifer Lopez çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib

29-01-2023, 12:38           
Cennifer Lopez çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib
Amerikalı müğənni və aktrisa Cennifer Lopez yeni filminin çəkiliş meydançasında ölüm təhlükəsilə üzləşib.

Ben Afflekin həyat yoldaşı “My Pirate Wedding” filminin çəkilişi zamanı acı təcrübəsindən danışıb.

Məşhurun ​​sözlərinə görə, o, Dominikan Respublikasında çəkiliş apararkən az qala qayadan yıxılacaqdı. Lakin Coş Dyuamel onu yıxılmaqdan xilas edə bilib.

CeyLo çəkilişləri bütövlükdə müsbət qiymətləndirib.

“Mən hiss edirəm ki, biz çox yaxşı iş görmüşük”, - deyə ekran ulduzu bildirib.

Mənbə: focus.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.