Xoreoqraf Benjamin Millepied həyat yoldaşı, Hollivud ulduzu Natali Portmana xəyanət edib.
Axşam.az xəbər verir ki, bu barədə "Page Six" cütlüyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Portman həyat yoldaşının xəyanətindən martda xəbərdar olub. Benjamin aktrisanı 25 yaşlı fransalı fəal Kamil Etyenlə aldadıb. Ötən il ayrılıq qərarı aldıqdan sonra münasibətlərinə yenidən şans verən cütlüyün evliliyi yenidən təhlükə altına düşüb.
"People"ın məlumatına görə isə Benjaminlə Kamilin münasibəti qısamüddətli olub və Natali ilə barışmağa cəhd edir.
Qeyd edək ki, Natali ilə Benjamin arasında problemlərin olduğu aktrisanın Kann Film Festivalında tək qatılmasından sonra yaranıb. Lakin cütlük bir müddət sonra Beyonsun konsertində və şam yeməyində səmimi görüntüləniblər.