Britni Spirsə illərlə əzəb verən atasının ayağı amputasiya edildi - FOTO
6-12-2023, 16:09
Məşhur müğənni Britni Spirsin atası Ceymi Spirs bir müddət əvvəl ciddi infeksiya ilə xəstəxanaya çatdırılıb. Müalicənin təfərrüatı yalnız indi açıqlanıb.
Məlum olub ki, Ceyminin vəziyyəti ağırdır - ayağının toxumaları infeksiyaya yoluxub. İltihabdan əziyyət çəkən kişi bir neçə həftə ərzində beş əməliyyat keçirsə də, xeyri olmayıb. Nəhayət, həkimlər kəskin tədbirlər görməli olublar - ayağını amputasiya ediblər.
Hazırda 71 yaşlı Ceymi reabilitasiya dövrü keçir.
Qeyd edək ki, Britni Spirs 2021-ci ildə atasının qəyyumluğundan xilas olmaq üçün hüquqi yola baş vurdu, atasını qəddar davranışlarda və onun həyatına tam nəzarətindən danışdı.
İfaçının sözlərinə görə, atası onun nəinki bank hesablarına əl qoyub, hətta ailə qurmağı, uşaq sahibi olmağı da qadağan edib. Britni bunun üçün ona edilən tibbi müdaxilələr barədə danışıb, hətta psixiatrik xəstəxanada müalicə almağa məcbur olduğunu deyib.
Spirsin atasının zülmündən xilas olmaq istəyi milyonlarla pərəstişkarı tərəfindən dəstəklənib. Nəhayət, ictimaiyyət vəziyyətə təsir göstərə bildi. Nəticədə Ceymi qəyyum kimi səlahiyyətlərindən məhrum edilib.
Mənbə: Starhit.ru