Xəbər verdiyimiz kimi, Elnur Hüseynov "Eurovision" mahnı müsabiqəsində finala yüksəlib.
AZXEBER.COM xəbər verir ki, yarışmadan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Azərbaycanın ATV telekanalının əməkdaşı Samirə Süleymanova Elnurdan mahnı oxumağı xahiş edib.
Elnur isə cavabında belə deyib: "Bu an mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var” deyərək oxumaqdan imtina edib".
Müsabiqənin moderatoru bunun səbəbini soruşanda isə Elnur deyib: "Bu sualı mənə verən azərbaycanlıdır və o özü məni başa düşməlidir".
Qeyd edək ki, bir neçə gün öncə ATV-nin digər əməkdaşı Mətanət Əliverdiyeva da Azərbaycan xalqını təhqir edərək. Binəqədidə baş verən faciəni "kino" adlandırmışdı. [media=https://www.youtube.com/watch?v=9SOODWvU8pE]