Müğənni Şakira “Netflix”də yayımlanan “Emili Parisdə” serialı sayəsində məşhurlaşan britaniyalı aktyor Lyusyen Laviskontla görüşür.
Bir neçə gün əvvəl 47 yaşlı Şakira və 31 yaşlı Lyusyen italyan restoranında şam yeməyinə gedərkən görüntüləniblər.
Onların birgə fotoları sosial şəbəkələrdə yayılıb və məşhurların arasında sevgi münasibətlərinin olması barədə şayiələrə səbəb olub. Bu gün insayder müğənni ilə aktyorun həqiqətən birlikdə olduğunu bildirib. Bununla belə, mənbə iddia edib ki, müğənninin dostları onun yeni münasibətindən məmnun deyillər, çünki onlar düşünürlər ki, Laviskont Şakira ilə onun populyarlığına görə görüşür.
Ehtimal olunur ki, Şakiranın Lyusyenlə münasibətləri fevral ayında baş tutan “Punteria” mahnısına çəkilən klipin çəkilişləri zamanı başlayıb. Klipdə aktyor ifaçının sevgilisi obrazını canlandırıb.