AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

1-05-2024, 08:34           
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. TEREF bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.

C.Rəhimova bildirib ki, Aygün ona zəng edərək illər əvvəl Azərbaycan Televiziyasında (AzTV) yayımlanan, aparıcısı olduğu "Sən bir nəğmə" verilişinə Röyanı dəvət etməsini xahiş edib:

"Aygün Bəylər mənə zəng vurub dedi ki, "Röya adlı bir gənc ifaçı var. Mən onunla birgə sənin "Sən bir nəğmə" verilişinə qonaq gəlmək istəyirəm. Həmin veriliş "YouTube"da da var. Orada bir məqam var ki, ifa məqamında Röya söylədi ki, sənətkar Aygün Bəylər mahnısını oxusun, sonra mən də oxuyaram. Yəni müəyyən məqamlar var ki, insanların əziyyətini, zəhmətini, dəstəyini və diqqətini danmaq olmaz".

Qeyd edək ki, illər əvvəl Aygün Bəylər ilə Röya Ayxan arasında qalmaqal yaşanıb. Röya Ayxan illər əvvəl Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ərizədə A.Bəylərin TV-də Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana görə 50 min manat təzminat ödəməsi tələb edilib. Lakin sonradan təzminat məsələsi unudulub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.