Hasan Can Kaya gənc qızı "həbs etməsi" iddialarına CAVAB VERDİ
14-06-2024, 15:48
Məşhur komediya ustası Hasan Can Kaya gənc qızı evində "həbs etməsi" ilə bağlı yayılan xəbərlərə dair açıqlama verib.
Qeyd edək ki, iddiaya görə, Nazlıcan A. adlı gənc qız məclisdə tanış olduğu Hasan Can Kaya ilə onun evinə gedib. Gecə aralarında mübahisə düşüb və qız evdən çıxmaq istəyib, lakin Kaya buna icazə verməyib. Qız olduğu yerin koordinatlarını rəfiqəsinə göndərib və polis hər ikisini polis bölməsinə aparıb. Qız əvvəlcə şikayət etmək istədiyini desə də, sonra fikrini dəyişib və nəticədə Hasan Can Kaya sərbəst buraxılıb.
Məsələ ilə bağlı "X" hesabında açıqlama verən Həsən Can Kaya xəbərlərin doğru olmadığını iddia edib:
"Dostlar, sözügedən xəbərlər reallığa uyğun olmayan iddialardan ibarətdir və bilmənizi istərdim ki, əxlaqsız şəkildə şər-böhtan atanlara qarşı bütün qanuni hüquqlarımdan istifadə edəcəyəm".
Komediya ustası daha sonra növbəti paylaşım da edib və müvafiq məsələ ilə bağlı şikayət edəcəyini vurğulayıb:
"Dostlar, nüfuzuma xələl gətirməyə cəhd edilib. Hər yerə eyni anda, eyni yalanlar təqdim edilib. Oxuduğum iyrənc böhtanları atanlardan qanun qarşısında cavab tələb ediləcək. Böyük heyrət və kədər içindəyəm".
Mənbə: Hürriyet
12:36
Məşhur türkiyəli komediya aktyoru, sosial media platformalarında və televiziyada aparıcılıq etdiyi proqramlarla tanınan Hasan Can Kaya gənc qızı evində "həbs etdiyi" ittihamı ilə saxlanılıb.
İstanbulda özəl universitetin məzun gecəsinə qatılan Nazlıcan A. adlı 23 yaşlı qız orada Hasan Can Kaya ilə tanış olub və onlar daha sonra birlikdə Kayanın Leventdəki evinə gediblər.
Gecə saatlarında Nazlıcan A. Hasanın ona yaxınlaşmasından narahat olub və evdən çıxmaq istəyib, lakin iddiaya görə, Kaya buna icazə verməyib.
Bu zaman qız mobil telefonundakı mesajlaşma proqramı vasitəsilə rəfiqəsinə olduğu yerin koordinatlarını göndərib.
"Mənə narkotik verdi, harada olduğumu bilmirəm. Evdən çıxmağıma icazə vermir", - deyə qız yazıb.
Rəfiqəsi polisə xəbər verib. Qız şikayət ərizəsi vermək istədiyini deyib və hər ikisi polis bölməsinə aparılıb. Lakin ora çatanda qız fikrini dəyişib və Kayadan şikayətçi olmayacağını bildirib.
Polis bölməsində ifadə verən Kaya isə ittihamları rədd edib və evdə həmin zaman başqa qadınların da olduğunu bildirib.
Prokurorluq Həsən Can Kayanın azadlığa buraxılması barədə göstəriş verib və lazımi prosedurlardan sonra Hasan Can Kaya sərbəst buraxılıb.