"İblis" qayıdır

10-07-2024, 16:07           
"İblis" qayıdır
"Disney" kino şirkəti 326 milyon ABŞ dolları gəlir gətirən "The Devil Wears Prada" filminin davamı üzərində işə başlayıb.

Bu barədə "Deadline" portalı öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, kult filmin davamı üzərində iş erkən mərhələdədir. Ssenarini yazmaq üçün orijinal filmin müəllifi Alin Broş Makkenna dəvət edilib.

Hazırda ilkin aktyor heyətindən kimin filmin davamı üzərində işə qayıdacağı məlum deyil.

Mətbuatın iddiasına görə, filmin rejissoru David Frankel yeni filmin çəkilişi ilə bağlı danışıqlar aparır.

Süjetə görə "Podium" jurnalı zərərə düşür. Onun baş redaktoru Miranda Pristli böyük lüks brendlə reklam müqaviləsi bağlamağı planlaşdırır - bunun üçün o, indi orada rəhbər vəzifə tutan keçmiş köməkçisi Emilidən kömək istəməli olacaq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.