Müşviq Şahverdiyev yenidən məhkəmə qarşısına çıxarılır

22-07-2024, 11:21           
Müşviq Şahverdiyev yenidən məhkəmə qarşısına çıxarılır
Film istehsalçısı "Cinemazadeh" ilə aktyor Müşviq Şahverdiyev arasında yenidən məhkəmə çəkişməsi başlayır.
Pravda.az-ın əldə etdiyi məlumata görə, aktyorun barəsindəki xüsusi ittiham qaydasında müraciət edilmiş məhkəmə qərardan apellyasiya şikayəti verilib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 25-nə təyin edilib.
Qeyd: Tanınmış film istehsalçısı "Cinemazadeh"in direktoru Cəfər Axundzadə M.Şahverdiyevi onu təhqir etdiyi üçün məhkəməyə verib. C.Axundzadə iddiasında qeyd edib ki, M.Şahverdiyev onun haqqında qeyri-etik ifadələr işlədib.

Məlumata görə, tərəflər arasındakı qalmaqala səbəb şirkətin M.Şahverdiyevi filmə çəkmək istəməsi, amma sonradan bunun baş tutmaması olub. Müşviq bildirib ki, sözügedən şirkət 3 film üçün ona 25 min manat avans ödəyib, başqa layihələrdə isə yer almağa icazə verməyiblər. Qeyd edib ki, qarşı tərəf şərtlərə əməl etməyib.

Aktyor daha sonra C.Axundazədinin ünvanına qeyri-etik ifadələr işlədərək "hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansı ki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır" açıqlamasını verib.
Məhkəmənin qərarına əsasən, aktyor qarşı tərəfə 26 min manat təzminat ödəyəcək.

Kamal Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.