Hollivud ulduzuna boya ilə hücumun səbəbi bəlli oldu VİDEO

31-07-2024, 16:58           
Hollivud ulduzuna boya ilə hücumun səbəbi bəlli oldu VİDEO
Sosial şəbəkələrdə Hollivud ulduzu Cennifer Enistonun Nyu-Yorkda etiraz aksiyası zamanı üzərinə qara boya atıldığı barədə kadrlar yayılıb.

Oxu.Az-ın "New York Post"a istinadla verdiyi məlumata görə, kadrlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, çoxsaylı müzakirələrə səbəb olub.

Videoda ulduzun baş verənlərdən dəhşətə gəldiyi görünür.

Ancaq sonradan hadisə ilə bağlı açıqlama verilib. Məlum olub ki, Enistona ABŞ-nin "Səhər şousu" adlı dram serialının ssenarisi əsasında boya atılıb. Aktrisa filmdə televiziya verilişinin aparıcısı Aleks Levi rolunu oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru