"World of Tanks"da inqilab: Populyar oyun ən böyük yeniləməyə hazırlaşır

16-08-2024, 17:24           
"World of Tanks"da inqilab: Populyar oyun ən böyük yeniləməyə hazırlaşır
"Lesta Games" studiyasının "World of Tanks" oyununun tərtibatçıları layihənin tarixindəki ən böyük yeniləməni elan ediblər.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, adətən yeniləmələr bir və ya iki yeni funksiya təqdim edir. Lakin oyunun 1.32 versiyasına 11 mühüm yeniləmə daxil olacaq.

Bu yeniliklərdən biri "World of Tanks"da 11-ci dərəcəli texnikanın təqdim olunmasıdır. Qarşıdan gələn əsas yeniləmənin digər təfərrüatları hələ açıqlanmayıb.

"World of Tanks" layihəsinin tarixindəki ən böyük yeniləmə 22 yanvar 2025-ci ildə yayımlanacaq. Artıq oyunun rəsmi saytında bu hadisə üçün taymer quraşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru