Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi

1-10-2024, 00:02           
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
Avtomobil nəhəngi “Mercedes-Benz”in məşhur modellərinin əfsanəvi dizayneri Bruno Sakko 90 yaşında dünyasını dəyişib.

Moderator.az publika.az-a istinadən xəbər verir ki, 41 illik karyerası boyunca Sakko markanın ən məşhur avtomobillərinin dizaynında böyük rol oynayıb.

O, 1958-ci ildə ikinci stilist kimi “Mercedes-Benz”ə qoşulub və tezliklə məşhurlaşıb.

İlk illərində o, “Mercedes 600” (W100) və “230 SL” (W113) kimi modellərin dizaynında iştirak edib. Sakkonun ən məşhur layihələrinə “S-Class W126” və “G-Class” daxildir.

O, 1999-cu ildə təqaüdə çıxdıqdan sonra da brendə olan sevgisini qoruyub. Onun ən son dizaynlarına “W220 S-Class” və “C215 CL-Series” daxildir.

Bruno Sakko bundan sonra da “Mercedes-Benz” tarixində iz qoyan dizayner kimi yadda qalacaq. Onun dizaynları brendin lüks və mühəndislik imicini gücləndirib. O, həyatı boyu yaratdığı əsərlərlə avtomobil dünyasında əbədi iz qoyub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru