Reper Diddinin sevgilisinə qarşı zorakılığının görüntüləri yayıldı

Bu gün, 17:45           
Reper Diddinin sevgilisinə qarşı zorakılığının görüntüləri yayıldı
İnternetdə dünyaca məşhur reper Diddinin keçmiş sevgilisi Kessi Venturanı döydüyünü əks etdirən şok görüntülər yayımlayıb.

Kadrları CNN telekanalı əldə edib.

Bildirilir ki, hadisə 2016-cı ildə hotellərdən birində baş verib.

Videoda aydın görünür ki, Kessi qəzəblənmiş Diddidən qaçmağa çalışır, lakin reper ona çatır, zərbələr endirməyə başlayır, sonra saçından tutub zorla otağa geri sürükləyir.

Qeyd edək ki, Diddi (əsl adı Şon Kombs) sentyabrın 17-də insan alveri, zorlama və seks toplantılarının təşkili ittihamları ilə həbs olunub. Bu ittihamlara son günlərdə 120 yeni iddia əlavə olunub.

Zərərçəkənlərin vəkili Toni Buzbinin sözlərinə görə, ən gənc qurban cəmi 9 yaşında olub. Ümumilikdə 25 yetkinlik yaşına çatmayan şəxs reperi müxtəlif cinsi zorakılıq formalarında ittiham edir. Buzbi öz bəyanatında vurğulayıb ki, onun komandası təkcə Diddini deyil, həm də sənayenin bir çox nüfuzlu insanlarını ifşa edəcək fotoşəkillər, videolar və digər sübutlar toplayıb.

"Əyləncə sənayesinin ən böyük sirri, əslində heç də sirr olmayan şey, nəhayət dünyaya açıqlandı. Sükut divarı indi qırılıb", - deyə Toni Buzbi bildirib.

Onu da qeyd edək ki, Diddiyə qarşı ittihamla ilk dəfə altı ay əvvəl Kessi Ventura müraciət edib və reperi onu döyməkdə, həmçinin qadağan olunmuş maddələrə aludə etməkdə ittiham edib, lakin sonra iddiasını geri götürüb. Hazırda Kessi Ventura fitnes məşqçisi Aleks Faynla evlidir, cütlüyün iki qızı böyüyür.

Kessinin son postunun altında insanlar keçmişinin cinayətləri barədə ilk dəfə danışdığı üçün ona təşəkkür edirlər.

Bundan əvvəl xəbər yayılmışdı ki, Diddinin "Freak Off" kimi tanınan seks toplantılarında Beyonse, Rihanna, Cennifer Lopes, həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obama və hətta Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl da iştirak ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.