“TikTok” bu ölkədə rəsmi olaraq qadağan edilib

14-03-2025, 12:14           
“TikTok” bu ölkədə rəsmi olaraq qadağan edilib
Albaniya hökuməti sosial mediada artan mübahisələr və təhlükəsizlik narahatlıqları səbəbindən məşhur sosial media platforması “TikTok”u ölkə daxilində bir il müddətinə qadağan etmək qərarına gəlib.

Milli Kibertəhlükəsizlik Agentliyi Albaniya Elektron və Poçt Rabitə Agentliyindən platformaya girişin qarşısını almaq üçün təcili tədbirlər görməsini xahiş edib.

Qərarın arxasında 2024-cü ilin noyabrında paytaxt Tiranada baş vermiş faciəli hadisə dayanır. 14 yaşlı Martin Cani Fan Noli məktəbdə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində öldürülüb. Hadisənin şagirdlər arasında sosial şəbəkədə mübahisədən sonra baş verdiyi iddia edilir.

Səlahiyyətlilər qərarın gənclərə mənfi təsirlərin qarşısını almaq və rəqəmsal təhlükəsizliyi təmin etmək üçün qəbul edildiyini bildiriblər. Bu gündən ölkədə “TikTok”a giriş tamamilə bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru