Dünyaca məşhur moda evinin direktoru vəzifəsindən ayrıldı

14-03-2025, 17:24           
Dünyaca məşhur moda evinin direktoru vəzifəsindən ayrıldı
İtaliyalı dizayner Donatella Versaçe "Versace" moda evinin kreativ direktoru vəzifəsindən ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə moda evinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, D.Versaçe brendin baş səfiri vəzifəsini tutacaq. Dario Vitale isə yeni kreativ direktor təyin edilib.

Qeyd edək ki, "Versace" moda evi 1978-ci ildə italiyalı dizayner və modelyer Canni Versaçe tərəfindən təsis edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru