Ani Lorak ispaniyalı sevgilisi ilə Maldiv adalarında evləndi
Bu gün, 16:28
Məşhur müğənni Ani Lorak ispaniyalı sevgilisi İsaak Vicraku ilə nikah bağlayıb.
Bu barədə Rusiya KİV-ləri xəbər verir.
Məlumata görə, 46 yaşlı sənətçi ikinci dəfə ailə qurub.
Ötən ilin sentyabrında edilən evlilik təklifindən sonra Lorak və Vicraku Maldiv adalarında toy mərasimi təşkil ediblər. Cütlük təmtəraqlı ziyafət əvəzinə kiçik mərasimə üstünlük verib.
Qeyd edək ki, Ani Lorak 2023-cü ildə ispaniyalı sevgilisi ilə başlayan münasibətini gizlətməyib. O, sosial şəbəkələrdə birgə fotolarını dərc edib. Pərəstişkarları müğənnini bu sevincli hadisə münasibətilə təbrik ediblər.