Selena Qomes nişanlısının hədiyyə etdiyi brilyant üzüyü 12 dollara satdı

Bu gün, 11:52           
Selena Qomes nişanlısının hədiyyə etdiyi brilyant üzüyü 12 dollara satdı
Müğənni və aktrisa Selena Qomes nişanlısı, musiqi prodüseri Benni Blankonun ona hədiyyə etdiyi brilyant üzüyü satıb.

Bu barədə "Page Six" xəbər verir.

Bildirilir ki, Selena Qomes "12 gün əsl nadir əşyalar" adlı reklam kampaniyasını başladıb. Kampaniya çərçivəsində o, nişanlısı ilə birgə "I Said I Love You First" albomunun çıxışı ərəfəsində "sentimental" əşyalarını pərəstişkarlarına satacaq. İlk lot "Jacquie Aiche" brendinin hazırladığı brilyantlarla bəzədilmiş "B" hərfli üzük olub. Bu, müğənninin 2023-cü ilin dekabrında "Instagram"da Benni Blanko ilə roman haqqında şayiələri təsdiqlədiyi zaman həmin üzüyü göstərmişdi.

Qomes üzüyü satışa çıxarmasını münasibətlərinin başlanğıcını simvolizə edən bir şey seçmək istəməsi ilə izah edib.

Pop ifaçısı bəzəyi 12 dollara (təxminən 20 manat) satıb. Jurnalistlərin məlumatına görə, zərgərlik məmulatının ilkin qiyməti 3250 dollar (5.5 min manat) olub.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.