Mahsun Kırmızıgülün hüzn günü: Ardıcıl itkilər...

15-03-2025, 16:24           
Mahsun Kırmızıgülün hüzn günü: Ardıcıl itkilər...
Müğənni və rejissor Mahsun Kırmızıgül 6 dekabr 2024-cü ildə anası Faike Bezenciri itirib. Anasının ölümündən sonra çətin günlər keçirən məşhur ad son günlər yaxın dostu Serşat Erbilginin də ölümü ilə sarsılıb.

Sherg.az xəbər verir ki, ardıcıl itkilərlə çətin günlər yaşayan Mahsun Kırmızıgül daha bir üzücü xəbəri açıqlayıb. Məşhur müğənni ögey anası Zühre Bazencirin dünyasını dəyişdiyini bildirib.

Acı xəbəri "Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim ağrıdı" deyərək açıqlayan Kırmızıgül, sözlərini belə davam etdirib: "Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevərdi, məni hər zaman dualarına qatırdı. Ögey övlad olsam da, heç vaxt övladlarından ayırmazdı. Onun sevgisini və xeyir dualarını daim ürəyimdə daşıyacam Bir ananı itirmək böyük acı...".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru