“İndi mən hazır məhsulam” – Sevda Yahyayeva – VİDEO

9-03-2017, 15:55           
“İndi mən hazır məhsulam” – Sevda Yahyayeva – VİDEO
“Özümü tapa bilmirdim”
“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.
Müğənni ilk olaraq Ceyhun Qala ilə birgə ifa etdiyi “Bal dadır” mahnısından söz açıb:
“Bu mahnı Ceyhun Qala dostumuzla ifa etdiyim son duetimdi. Mahnının sözləri onun özünə aiddir. Mahnı iki həftədir işıq üzü görüb, artıq hamı tərəfindən sevilir. Bütün həmkar dostlarımız bizi təbrik edir və bəyəndiklərini söyləyirlər. Sosial şəbəkələrdə də paylaşırıq, orda da bəyənilir. Qısa müddət ərzində mahnı hamının sevimlisinə çevrilib. Bu məni çox sevindirir”.
Sevda, bəs bu qədər sevilən, bal dadan bir ifaya klip çəkdirməyi düşünürsüzmü?
“Ola bilər ki, bərabər bir klip çəkdirək. Çünki hamı deyir ki, belə bir mahnına mütləq klip çəkmək lazımdır, çox uğurlu mahnıdır. Klip çəkdirmək haqda fikirləşirik”.
Özünü aktrisalıqda da sınayan və kifayət qədər iri addımlar atmağa başlayan müğənni bu işə də həddən artıq məsuliyyətlə yanaşdığını dilə gətirib:
“Mənim seriala çəkilmək ilk işim idi. Özümü sınamaq istədim. Gördüm ki, bu, məndə alındı. Düzdür, əvvəl zəif idim, ancaq sonradan yaxşı oldu. Mən bu işə müğənniyəm, aktrisa deyiləm, deyə məsuliyyətsiz baxmadım. Böyük məsuliyyətlə, əziyyətlə, sevgi ilə yanaşdım”.
Bütün işlərini bir kənara qoyub yalnız serial çəkilişləri ilə məşğul olan müğənni rolundan zövq aldığını söyləsə də, çox yorulduğunu da etiraf edib:
“Bu 6-7 ay ərzində, demək olar ki, hər gün çəkilişlərimiz olurdu. Mənim öz işlərim axsamışdı. Heç kim məni tapa bilmirdi. Heç özüm özümü tapa bilmirdim. Hər gün səhərdən-axşamacan çəkilişlərdə olurdum. Maraqlı və gözəl idi, ancaq həddindən artıq yorulurdum”.
Özünü “hazır məhsul” hesab edən Sevda Yahyayeva yaxşı ssenari, yaxşı film olarsa və dəvət alarsa, məmnuniyyətlə həmin ekran işində rol alacağını söyləyib:
“İndi mən artıq” hazır məhsulam”. Biri var sıfırdan olsun, biri da var 7 ay ərzində mən Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini “oxudum” orda. Bu, mənim üçün böyük təcrübə oldu. Yaxşı film olsa, yaxşı ssenari olsa, rol olsa, çəkilərəm”.
Sevda, bəs, təklif olarsa, çəkiləcəyin filmdə hansı xarakteri, hansı obrazı canlandırardın və ya hansı rolu ifa etmək sənin üçün çətin olardı?
“Mən aktrisa deyiləm də. Öz xasiyyətimə yaxın bir rol oynaya bilərəm. Çılğın, dəlisov, aqressiv bir obrazı canlandıra bilmərəm”.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.