Elza Seyidcahan Röyanı "vəhşi" adlandırdı - Yazdığı şeirə güldüyünə görə

10-03-2017, 14:10           
Elza Seyidcahan Röyanı "vəhşi" adlandırdı - Yazdığı şeirə güldüyünə görə
“Bunu Röyadan heç gözləməzdim.”

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan onun “Gecənin qaranlığında” şeirinə gülən həmkarı Röyanın ünvanına deyib. Onun sözlərinə görə, “Gecənin qaranlığında” şeiri çox fəlsəfi mənada yazılıb:

“Müğənni Röya mənim şeirimi paylaşıb, güldüyünü bildirib. Əslində orada gülməli heç nə yoxdur, fəlsəfi-düçüncəli bir şeirdir. Gülmək C vitaminidir. Əgər kimsə mənim bu şeirimə gülürsə, mən çox sevinirəm. Hər halda onun vitamini artır. Qəliz düşüncəli şeirdir. Bir də ki, o insanlar gülər ki, yaradıcı olmasın. Vəhşi insanlar olsun, orada ancaq şəhvət yaratsınlar. Yaradıcı insan bir mahnı ifa edəndə sanki onu doğur, dünyaya gətirir. Əsər də belədir. Onu mən dünyaya gətirmişəm. Amma şeirin başqa tərəfləri daha çoxdur. Görünür insanlara ancaq gülməli tərəfləri çatır.”

Elza Seyidcahan şeirinə gülənlərə xəbərdarlıq etdi: “Gülməyin, mənim şeirlərimin dərinliyinə varın.”

Müğənni Röya bəstəkar Elza Seyidcahanın “Gecənin qaranlığında” şeirini sosial səhifəsində paylaşıb və doyunca güldüyünü açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru