“Toylar israfçılıqdır, yoxsa israf deyil?”- BAXIŞ BUCAĞI

29-03-2017, 18:52           

teref.az Azərbaycanda toy məclislərinin böyük israfçılıqla yola verildiyi haqda dəfələrlə ictimai xadimlərin fikirlərini öyrənib sizlərə çatdırıb. Orta və kasıb təbəqənin doğrudanda bu məclislərin xərclərinin altına girə bilməməsi və bu toy məclislərindən sonra cavan ailələrin illərlə borc girdabında əziyyət çəkdiyini dəfələrlə və faktlarla sübut ediblər. Lakin bu problemə başqa prizmadan baxanlıarda var və teref.az olaraq bu baxışı sizlərə təqdim edirik:
“Hər kəsdən artıq dərəcədə xahiş edirəm, bizim milli-mənəvi dəyərlərimizə toxunmasınlar. Toylarımız milli yeməklərimizin, musiqimizin, rəqslərimizin, ümumiyyətlə mədəniyyətimizin təbliğidir. Bu məsələyə çox ciddi və həssas yanaşıram.”
Bunu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, ictimai xadim Hacı Quliyev ATV telekanalında teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanan “Yüz ölç, bir biç” verilişində “Toylar israfçılıqdır, yoxsa israf deyil?” mövzusunu müzakirə edərkən deyib.
H.Quliyev bildirib ki, Azərbaycan turizm ölkəsi olaraq toylarıyla daha çox diqqət çəkir:
“Azərbaycan dünyaya açılır. Ölkəmizə dünyanın hər bir tərəfindən turist axını başlayıb. Qardaş ölkə olan Türkiyəyə səfərim zamanı da maraqlı dialoqlarla rastlaşmışam. Belə ki, Azərbaycan adı çəkiləndə ilk verilən suallardan biri belə olur: sən Azərbaycan toylarında oldunmu?...
Dünyanın heç bir yerində Azərbaycandakı kimi toy dəyərlərinə, ailə bağlığına bu kimi qiymət verilmir. Niyə biz düzgün toy mədəniyyətimizlə dünyaya çıxmayaq? Bir turistin toyda bir neçə saat qonaq kimi iştirakı zamanı mədəniyyətimizə xas olan bir çox dəyərlərlə tanış edə bilərik: milli musiqimiz, mətbəximiz, rəqslərimiz, geyim ən əsası ünsiyyət mədəniyyətimizlə. Dəfələrlə Amerikada, Almaniyada və başqa ölkələrin toylarında iştirak etmişəm. Və sevindirici haldır ki, dünyanın hər bir yerində Azərbaycan toy mədəniyyəti çox geniş şəkildə təbliğ olunur.”
İctimai xadim həmçinin əhalinin hər təbəqəsi üçün nəzərdə tutulan şadlıq saraylarının fəaliyyətlərindən də danışıb:
“Azərbaycanda kifayət qədər keyfiyyətli qidalar və içkilər təqdim edən şadlıq sarayları var ki, qidaları və içkiləri cox gözəl şəkilde tənzimləyə bilirlər. Müqayisədə ABŞ-da və ya Almaniyada bizimki kimi geniş süfrə açmaq çox bahalıdır. Lakin, bizim şadlıq evləri qiymət siyasəti öhdəsindən çox məharətlə gələ bilirlər. Azərbayacanda hər təbəqə üçün nəzərdə tutulan şadlıq evləri var. Amma elə aztəminatlı ailələr var ki, yüksək qiymətli şadlıq saraylarında toy mərasimi keçirmək üçün müraciət edirlər. Sonda da ziyana düşülər. Axı nə məcburdu ki, məhz həmin şadlıq saraylarında toy keçirəsən?”
Toy insanlar arasında sosial yardımlaşmadır deyən H.Quliyev onu da qeyd edib ki, toylarda nəmər (pul) yığılmaqla toy sahiblərinə böyük dəstək olunur və zərərlə üzləşmirlər:
“Ölçüb-biçib son qərara gəlirik ki, tədarük gördüyün məbləğlə istədiyin kimi toy edə biləsən. Bu da insanın öz düşüncəsindən, yanaşmasından və kreativliyindən asılıdır.”
İctimai xadim açıqlamasında son illər xınayaxdı mərasimlərinin təşkilinin geniş şəkildə yayılmasını təqdirəlayiq hesab edib:
“Hazırda ən yaxşı məqamlardan biri də xınayaxdı mərasimlərinin təşkilinin inkişaf etməsidir. Unudulmaqda olan xınayaxdı mərasimlərinin adətləri çox gözəl şəkildə göstərilir. Artıq bu işlə məşğul olan o qədər şirkətlər var ki, rəqabətə görə həm ucuz qiymətlərlə, həm də unudulmuş adətlərimizin araşdırıb-tapmaqla fəaliyyət göstərirlər. Bunun hansı pis yönləri var?”
Qeyd edək ki, H.Quliyev xeyli müddətdir Azərbaycan milli mədəniyyətinin və milli dəyərlərinin qorunması üçün səy göstərməsiylə diqqət çəkib.
P.S. teref.az olaraq qeyd etmək istəyirik ki, bu deyilən dəyərlər əslində toy edən ailəyə 3- 5 000 civarinda başa gəlir. Onuda qeyd etmək istəyiriki ki, xinayaxdıya nəmər yazılmırlar. Sadəcə xına qabının ağzını açan xanıma pul verilir Ki, oda o xanıma çatır!
Fikirlərinizi bildirə bilərsiniz!
teref.az







Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.