“Xoşqədəm Hidayətqızı geniş açıqlama verəcək” - Mais Məmmədov
13-04-2015, 13:00
Məşhur “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızının iş yerini dəyişməsilə bağlı suallar hələ də cavabsız qalıb. ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevin Modern.az-a verdiyi “İlk növbədə Xoşqədəm xanımın özüylə əlaqə saxlayın. Mənim onun iş yerini dəyişməsi barədə hər hansı açıqlama verməyim düzgün deyil. Bəlkə o özü bunun üçün xüsusi tədbir keçirəcək, daha geniş açıqlama verəcək” açıqlaması müəyyən mənada teleaparıcının həqiqətən də ANS-ə keçdiyi məlumatını təstiqləsə də, bu gün yenidən daha ətraflı məlumat almaq üçün telekanal rəsmilərilə əlaqə saxladıq.
ANS telekanlının mətbuat müşaviri Mayıs Məmmədov Modern.az-a “Səni axtarıram”la bağlı bunları deyib:
“Mən bununla bağlı geniş açıqlama verə bilməyəcəm. Veriliş həftədə neçə gün, hansı saatda yayımlanacaq, bunu da deyə bilmərəm. Çox güman ki, Xoşqədəm Hidayətqızı bununla bağlı geniş mətbuat konfransı keçirəcək. Yaranmış suallar orda cavablandırılacaq”.
Bir neçə gündür ölkə gündəmindən düşməyən Xoşqədəm Hidayətqızının “Səni axtarıram” layihəsini ATV telekanalından ANS-ə apardığı qeyd olunur.