Bakıda daha bir festival keçiriləcək

26-06-2017, 10:14           

İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda “Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək.

Kult.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının Feysbuk səhifəsində yer alıb.

Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.

Festival çərçivəsində uşaqları və böyükləri maraqlı əyləncə proqramları da gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru