İcra başçısı evi yanan müğənnini otağından qovdu

15-07-2015, 22:12           
Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov bir müddət əvvəl evi yanan müğənni Şəhriyar Məhərrəmovu otağından qovub.



AzNews.az-ın məlumatına görə, müğənninin atası, Yenikənd kənd orta məktəbinin müəllimi Tofiq Məhərrəmov milli.az-a müraciət edib ki, 7 nəfər ailə üzvünün yaşadığı qəzalı evi bir neçə gün əvvəl yanıb. Ev yanmazdan qabaq qəzalı vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Heç bir tədbir görülməyib. Artıq həmin ev də yanaraq məhv olub. Düz 65 il öncə məhəllənin ən çökək yerində tikilən ev sırf diqqətsizliyin güdazına gedib.

Dünən də ailə üzvləri ilə basçı C.Cəfərovun qəbulunda olublar. Başçı bildirib ki, evin bərpası üçün ayıracaq vəsaiti yoxdur. Gedin, kənd camaatı pul yığıb evi tiksin. Sonra isə kobud şəkildə onları otağından qovub.

Rayon icra başçısı C.Cəfərov köməkçisi Mirmahmud Mahmudov vasitəsilə həmin ailənin qəbulunda olmasını təsdiqləyib. Onlara bildirildi ki, həmin ev sığortalı olmayıb. İllik 30 manat məbləğində sığorta olunmış ev olsaydı... İcra hakimiyyətinin həmin evin təmiri üçün ayrılacaq vəsaiti yoxdur.

M.Mahmudov həmin ailənin otaqdan qovulmasını isə yalan adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.