"Qazanacağıma ümidim yox idi" - Lalə Məmmədova VİDEO

20-07-2015, 15:05           
"Qazanacağıma ümidim yox idi" - Lalə Məmmədova VİDEO
Əməkdar artist Lalə Məmmədova "Kar taneleri" adlı mahnısı ilə yer aldığı Türkiyədə keçirilən "Kral Musiqi ödülləri"nin aqibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında bunları deyib:

"Orada adımın yer aldığını ilk dəfə mediadan eşitdim. Burada çıxışın özü bir qələbə idi. Mükafatı qazanacağıma ümidim əvvəldən yox idi. Amma hadisənin özü məni fərəhləndirdi. Bu uğuru Kayahanın hesabına qazandım. "Kar taneleri" mənim Türkiyədəki vizit kartım oldu. Artıq orada insanlar məni tanıyır. Bəlkə də qardaş ölkədə illərlə qalsam, bu uğuru qazanmazdım. Bu yaxınlarda İstanbulda gözəllik salonuna getmişdim. Yanımdakı xanım vizajistə deyir ki, "Kayahanın albomundakı "Kar taneleri" mahnısını dinləmisiniz? Bu həmin xanımdır". Hamı təəccübləndi və mahnını çox sevdiklərin dedi. Buna görə də Kayahana çox borcluyam".
[media=https://www.youtube.com/watch?v=WjVUs-08f1w]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.