Xalq artistindən Ayaz Salayevə ağır sözlər: “Özünə ağıl duası oxutdur”
2-08-2015, 21:52
“Oda” Teatrının quruluş verdiyi “MimOda 18+” tamaşası ətrafında mübahisələr səngimək bilmir
Dünən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin aktrisalara müraciətində “ya səhnəyə çıxıb, soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin” kimi ifadələr işlətməsi birmənalı qarşılanmayıb.
AzNews.az xəbər verir ki, rejissorun bu fikirləri xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məliki də özündən çıxarıb. Sosial şəbəkədə Ayaz Salayevin ünvanına ağır tənqidlər səsləndirən aktyor bildirib ki, heç bir kimin Azərbaycan qızlarını təhqir etməyə ixtiyarı yoxdur: “Ayaz Salayev, get kilsədə keşişə özünə ağıl duası oxutdur. Sənə kim ixtiyar verib ki, Azərbaycan qızlarını əxlaqsız yola çəkirsən? Çəkdiyin bir-iki film heç bir gün də ekranda göstərilməyib. Bu xalqın milli mentaliteti, yüksək qüruru var. Onların heç biri səndə yoxdur. Otur komanda, dilini qoy qarnına”.