"Sağlam ailəmi sənə borcluyam..." - Röya

14-05-2018, 01:11           
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
Əməkdar artist Röya Ayxan "Analar günü" münasibətilə anasını təbrik edib.
teref.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə valideynlərinin fotosunu paylaşan Röya yazıb:

"Canım anam, bu gün sənin günündür. Arada yola getməsək də... Bəlkə də qısqanclıqdandır, səni məndən başqa 3 uşağa qısqanıram. Hər zaman "Qanmadılar, balacadırlar, sən böyüksən, anasan, bacısan" deməyindən... Bəlkə də, arada mən də uşaq olmaq istəyimdən. Amma bu gün möhkəmliyimi, sağlam ailəmi sənə borcluyam, qürur mənbəyim. Səni bir daha təbrik edirəm.


Baxmayaraq, ayrı yaşayırsız, dedim, birlikdə olan şəklinizi paylaşım. Biz sizi bir yerdə daha çox sevirik. Bütün anaları təbrik edirəm. İncəsənətdə olan anaları unutmadan, hamını, hər kəsi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru