Sevil Sevinc bacıları: "Bəziləri xaricdə, Bakıda iş görürlər,uğursuz alınır" - VİDEO

15-07-2018, 21:03           
Sevil Sevinc bacıları: "Bəziləri xaricdə, Bakıda iş görürlər,uğursuz alınır" - VİDEO
Əkiz Sevil Sevinc bacıları “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı olub.
Musavat.com xəbər verir ki, ifaçılar bir neçə qalmaqala imza atıb. Aygün Kazımova ilə Raufun “Yaraşdın mənə” mahnısını birinci edən əkizlər Roza Zərgərliyə atmaca atıb:

“Deyirlər, Aygün ancaq Namiqə yaraşır (ötən buraxılışların birində Roza Zərgərli bu sözü demişdi). Bu mahnı, klip onu göstərdi ki, Aygün Kazımovaya al da, şal da yaraşır. O nömrə birdir. Ulduz belə olmalıdır. Bəziləri xaricdə, Bakıda iş görürlər,uğursuz alınır. Onlara necə nömrə bir demək olar? Agün Kazımova şou-biznesdə kişini də, qadını da əvəz edir. Onun etdiklərini heç kim edə bilməyib, edə bilməyəcək də”.

Sevil Sevinc Ceyhun Əliyevi hitparaddan uzaqlaşdırıb: “Ona gündəm lazımdır. Ona görə Elza Seyidcahanın şəklini yandırdı, amma gündəm olmadı. Onun özünü qoruyan lazımdır (Ceyhun Damlanın şəklini cıran Elzanın fotosunu yandırmışdı). Özünü qorumağı bacarsın, sonra başqasına dəstək olar. Mahnısını da başa düşmürəm, etdiklərini də başa düşmürəm. İki ildir ki, şou-biznesdə yoxdur. Tamaşaçının marağını cəlb edə bilmir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.