Zirəddin Rzayev bunu da etdi

17-07-2018, 13:03           
Zirəddin Rzayev bunu da etdi
Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev yeni addımı ilə dostları və pərəstişkarlarını təəccübləndirib. Sputnik Azərbaycan Rzayevin şəxsi "Instagram" səhifəsinə istinadən xəbər verir ki, Zirəddin gözəl səsi olduğunu nümayiş etdirib.
Ekstrasens mahnı oxuduğu videonu səhifəsinə yerləşdirib. O, videoda məşhur türk müğənnisi Mümin Sarıkayanın repertuarından "Ben yoruldum hayat" lirik kompozisiyasını ifa edib.
Z.Rzayev qeyd edib ki, mahnını Moskva restoranlarından birində bir yerdə dincəldiyi dostları üçün oxuyub.


Rzayevin səhifəsinin izləyiciləri onun səsini çox bəyəniblər və ekstrasensdən onları tez-tez səsi ilə sevindirməyi xahiş ediblər. Onların arasında elələri də olub ki, Zirəddinə müğənni olmağı təklif edib.
Zirəddin Rzayev tanınmış ekstrasens, təbib, "Ekstrasenslərin döyüşü" populyar şousunun altıncı mövsümünün finalçısıdır. O, ixtisasca tibb işçisidir. Hazırda Moskvada yaşayır, işləyir, müxtəlif proqramlarda çıxış edir.
Sonda Mümin Sarıkayanın ifasında mahnının orijinal variantını da təqdim edirik.
[code][/code]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru