Sərxoş model beşinci mərtəbədən yıxıldı — FOTOLAR

18-07-2018, 13:20           
Sərxoş model beşinci mərtəbədən yıxıldı — FOTOLAR
Amerikadan İstanbula istirahətə gələn model Aleksandra Sabuncu sərxoş vəziyyətdə evin beşinci mərtəbəsindən yıxılıb. “Ölkə.Az” xəbər verir ki, Aleksandra türk əsilli Con Sabuncunun qızıdır. Aleksandra ABŞ-ın Florida ştatında yaşayır və tətil üçün dostları ilə İstanbulu seçib.

Dünən Taksim səmtində dostları ilə əylənən model iki dostu ilə Beşiktaş səmtindəki evə gedib. Evdə televizora baxan gənclər spirtli içki qəbul ediblər.

Sabuncu sərxoş vəziyyətdə 5-ci mərtəbənin pəncərəsindən yıxılıb. Dostları əvvəlcə bunu hiss etməyiblər sonra pəncərənin açıq olduğunu görüblər və aşağı baxanda şok keçiriblər. Dərhal təcili yardım çağırıblar.

Aleksandra hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Polis istintaqa başlayıb. İlkin versiya isə sərxoş vəziyyətdə tarazlığını saxlaya bilməyərək pəncərədən yıxılmasıdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru