Müğənnini hotelə dəvət etdiyi deyilən müəllim DANIŞDI: “Məqsədim onunla çörək yemək idi”

18-07-2018, 15:13           
Müğənnini hotelə dəvət etdiyi deyilən müəllim DANIŞDI: “Məqsədim onunla çörək yemək idi”
34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin keçmiş direktor müavini Qulu Qasımov müğənni Səadət Kazımovanı hotelə dəvət etməsi xəbərindən danışıb.

Qulu Qasımov Unikal.org-a açıqlamasında bildirib ki, müğənni Səadət Kazımova ilə facebook dostu olub:

"O, facebook-unda status yazmışdı ki, ürəyimdən corat qutabı keçir. Məndə onun bu təklifini cavabsız qoymadım. Dərhal yazdım ki, sizə bu qonaqlığı verə bilərəm. Onu Novxanıda iki restorana dəvət etdim. "Corat” qutabı da ən yaxşı orada bişirilir. Məqsədim onunla birgə çörək yemək idi. O isə mənim təklifimi özünə təhqir kimi bilib, məni söydü və facebookda dostluqdan çıxardı. Bu mənim günahım idi ki, yaxşı tanımadığım şəxsi yeməyə dəvət etdim. Hazırda pensiya yaşındayam”.

Qulu Qasımov həmçinin onu da deyib ki, 1 ildən artıqdır ki, 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsində çalışmır: "1 ildən artıqdır ki, sözügedən Mərkəz fəaliyyətini dayandırıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru