Aqil M.Quliyev: "Nə olsun ki, o yezidi kürddür" - AÇIQLAMA
26-07-2018, 22:42
Məhşur rejissor Aqil M. Quliyev erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın Bakıda keçiriləcək festivalda iştirakına münasibət bildirib.
Aqil M.Quliyev Missiya.Az-a açıqlamasında Zara Mqoyanın Azərbaycanda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirakını birmənalı qarşılamadığını deyib: “Uzun illərdir biz Ermənistanla müharibə vəziyyətinə yaşayırıq. Əlbəttə ki, bu səbəbdən mən Zara Mqoyanın Azərbaycana gəlməsini istəmərəm. Nə olsun ki, o, yezidi kürdüdür. Buna baxmayaraq, ermənilərə dəstək verir. Hətta Zara “Mоя Aрмения” (“Mənim Ermənistanım”) mahınsını oxuyub. İndi Azərbaycana gəlib festivalda oxuyacaq, əylənəcək. Mən nə deyə bilərəm. Təəssüf ki, məndən asılı olan bir məsələ yoxdur”.
Rejissor bildirib ki, ermənilər heç vaxt belə bir halın baş verməsinə imkan verməzdilər: “Onlar öz siyasi fikirlərinə sadiqdirlər. Biz də öz siyasi fikirlərimizə sadiq olmalıyıq. Bu hamıya aiddir”.
Qeyd edək ki, Azərbaycanda bir çox insanlar Zara Mqoyanın “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirakına müsbət yanaşır. Onlar Azərbaycanın tolerant ölkə olduğunu və qəbul etdiyi dəyərlərə sadiq qalmalı olduğunu bəyan edirlər".